Xəzər Xəbər

Narkotiklə tutulan şəxsin digər cinayətləri də üzə çıxıb video

Veb TV | 19:43 • 5 May 2021
Narkotiklə tutulan şəxsin digər cinayətləri də üzə çıxıb

Narkotikə görə tutulan şəxsin oğurluq əməlləri də üzə çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirərək Ziya Məhərrəmzadəni saxlayıb.

Onun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, Ziya Məhərrəmzadə  Beşdam kənd sakinləri Vüsal Hüseynov  və Samir İlyasovla əlbir olaraq həm də ogurluq ediblər.

Müəyyən edilib ki, onlar  Qara Siyəzən və Beşdam kəndləri ərazisində yerləşən beş quşçuluq sexindən isitmə sobaları, elektrik naqilləri, lampalar və sexlərə məxsus digər avadanlıqları oğurlayıblar.

Faktlarla bağlı  Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti