Xəzər Xəbər

Şəhid Fərid Əliyev şərəfli döyüş yolu keçib video

Veb TV | 22:25 • 5 May 2021
Şəhid Fərid Əliyev şərəfli döyüş yolu keçib

Möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində igid oğullar son damla qanına qədər vuruşdular. Onlardan biri də Fərid Əliyevdir.

Xezerxeber.az-ın məlumatına görə, İçərişəhərdə doğulub- böyüyüb Fərid.

2012-2014-cı illərdə Daşkəsən rayonunda ordu sıralarında hərbi xidmət keçib. Atası yanına gedəndə ona Kəlbəcərin dağlarını göstərib. Komandiri Polad Həşimovla birlikdə...

Deyirlər ki, oğul ailədə ən çox anasını sevər, amma bu müharibə bizə sübut elədi ki, bu ölkənin, bu torpağın övladları Vətəni Anadan çox sevdilər. Fəridə də anası əziz olub həmişə. Amma müharibə başlayanda onun israrına qulaq asmayıb və Şuşaya qədər döyüşlərdə iştirak edib.

"Fəriddən danışmaq üçün günlər də, aylar da bəs eləməz, onun adı mənim dilimin yox, ürəyimin əzbəridi. Mən sevgilərin ən gözəlini yaşadım!". Xanımı Elnarənin sözləridir bu. O sevgidən əmanət iki övlad böyüdür. 1 yaş 4 aylıq oğlu Muradı, bir də atasının üzünü görmədiyi, amma adını daşıdığı 4 aylıq Fəridəni...

Fərid onun valideynlərinin doğulub boya-başa çatdığı torpaqların azad olunmasında iştirak edib həm də. Bir də deyib ki, mən bu qisası Murada qoymadım...

Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti