Xəzər Xəbər

"Mançester Siti" tarixində ilk dəfə final oynayacaq VİDEO

Veb TV | 10:08 • 5 May 2021
"Mançester Siti" tarixində ilk dəfə final oynayacaq

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Turnirin ilk finalçısı İngiltərədə bəlli olub. "Mançester Siti" Fransada 2:1 hesabı ilə məğlub etdiyi PSJ-ni qəbul edib və qalib gəlib - 2:0. "Şəhərlilər" qələbə sayəsində finala adlayıb.

Digər yarımfinal görüşündə "Çelsi" "Real"ı qəbul edəcək. Madriddə keçirilən ilk görüş heç-heçə ilə başa çatıb - 1:1.

23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) -2:0

Qollar: Riyad Mahrez, 11, 63

Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)

İlk oyun - 2:1

Xəbər lenti