Xəzər Xəbər

Müğənni Aslan Hüseynov yol qəzasında həlak olub video

Veb TV | 21:44 • 4 May 2021
Müğənni Aslan Hüseynov yol qəzasında həlak olub

Müğənni Aslan Hüseynov ağır  yol-nəqliyyat hadisəsində dünyasını dəyişib. 

Xezerxeber.az-ın məlumatına görə, qəza səhər saatlarında Bakı-Qazax yolunun 60-cı kilometrliyində, Ələt qəsəbəsi yaxınlığında baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev bildirib ki, 55 yaşlı ifaçı Aslan Hüseynova məxsus avtomobil qarşıda hərəkət edən yük avtomobili ilə toqquşub.

Nəticədə avtomobil 70-80 metr sürüşərək yolun ortasındakı metal dəmirə çırpılıb. Qəza zamanı avtomobili idarə edən sürücü Məhəmməd Vəliyev və avtomobildəki sərnişin, müğənni Aslan Hüseynov vəfat edib.

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün "ınstagram" hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib. Bu gün Aslan Hüseynovun nəşi dəfn edilməsi üçün Gəncə şəhərinə aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti