Bakı 31 ℃
Xəzər Xəbər
USD 1.7

Müharibə zamanı həm poçtalyonluq etdi, həm də ordumuza kömək oldu - "Ən böyük sevincim qalib ordunun əsgərinə məktub aparmaqdır"

Veb TV | 91 | 23:07 • 4 May 2021
Müharibə zamanı həm poçtalyonluq etdi, həm də ordumuza kömək oldu - "Ən böyük sevincim qalib ordunun əsgərinə məktub aparmaqdır"

18 ildir ki, poçtalyon işləyir. Bu müddətdə bir gün belə işindən qalmayıb…

Xezerxeber.az-ın məlumatına görə, söhbət Ağdam poçt filialının əməkdaşı olan 43 yaşlı Camal Abdullayevdən gedir.

Birinci Qarabağ müharibəsi veteranı olan Camal Abdullayev şücaətlərinə görə "Vətən naminə" medalı ilə də təltif edilib.

Ağdamın Yusifcanlı kəndindən məcburi köçkün olan olan və Quzanlı qəsəbəsində məskunlaşan Camal Abdullayev deyir ki, Vətən müharibəsi dövründə də məktubların və bağlamaların sahiblərinə çatıdırlmasında heç bir problem olmayıb. Güllə yağışı altında məktubları ruh yüksəkliyi ilə daşıyıb. Hətta gündüzlər məktub paylayıb, iş vaxtı bitdikdən sonra isə arxa cəbhədə ordumuza yardım edib.

Camal Abdullayev hazırda səyyar formada məktub daşımaqda davam edir. Poçtalyon deyir ki, ən böyük sevinci qalib ordunun əsgərinə məktub aparmaqdır.

Poçtalyon əmindir ki, Ağdam poçt filialı tezliklə məhz Ağdam şəhərinin özündə açılacaq və məktubları da oradan sahiblərinə çatdıracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunanlar

Neft bahalaşıb
35 | 09:27 • 15 May 2021
Bir həftə iş olmayacaq
873 | 17:16 • 19 Aprel 2021