Xəzər Xəbər

Buraxılış imtahanlarına salınan suallar çətin olub - İDDİA və RƏSMİ CAVAB video

Veb TV | 22:09 • 3 May 2021
Buraxılış imtahanlarına salınan suallar çətin olub - İDDİA və RƏSMİ CAVAB

Bakıda, eləcə də bölgələrdə ayrı -ayrı vaxtlarda təşkil olunan 11 illik  orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları yekunlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, imtahan verən şagirdlər təqdim olunan test tapşırıqlarının daha çətin salındığını iddia edirlər.

Şagirdlər imtahan suallarının tərtibindən narazıdırlar. Onlar xüsusən də riyaziyyat fənnindən verilən sualların buraxılış imtahanları səviyyəsindən qat-qat çətin olduğunu iddia edirlər.

Bildirirlər ki, bu səbəbdən xeyli bal itirirlər.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə isə bildirib ki, test bankındakı tapşırıqlar çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır. İmtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır. Daha aydın desək, hər bir testə daxil  edilən tapşırıqların çətinlik dərəcələri üzrə paylanması eyni olur.

Yəni, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələri ilə bağlı heç bir güzəşt nəzərdə tutmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti