Xəzər Xəbər

Həmyerlilərimiz Rusiyada məşhur şounun qalibi oldular video

Veb TV | 21:48 • 3 May 2021
Həmyerlilərimiz Rusiyada məşhur şounun qalibi oldular

Rusiyanın NTV kanalında yayımlanan məşhur "Maska" şousunun qalibi müəyyən olunub.

Xezerxeber.az xəbər verir ki, Xalq artistləri Filipp Kirkorov və Valeriya Perfilova kimi ulduzların münsif olduğu yarışmada birinci yerin qalibi MDB-də populyar olan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) olub.

İkinci yeri isə Azərbaycanın Xalq artisti, opera ifaçısı Yusif Eyvazov tutub.

NTV kanalının baş direktorunun müavini və bas prodüseri Timur Vanşteyn şounun son 10 ildə Rusiya prezidentinin Yeni il müraciətındən və 9 May Qələbə paradından sonra reytinqlərdə üçüncü olduğunu vurğulayıb.

Filip Kirkorov isə Jony haqqında danışıb. O, Cahid Hüseynlinin çıxışına şad olduğunu və estradadakı estafeti ona ötürdüyünü söyləyib.

Yusif Eyvazov da şou ilə bağlı öz təəssüratını bizimlə bölüşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti