Bakı 19 ℃
Xəzər Xəbər
USD 1.7

Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq? VİDEO

Veb TV | 429 | 20:16 • 2 May 2021
Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq?

Qazaxıstan və Rusiya bəzi neft məhsullarının ixracına bir neçə aylıq qadağa qoyur. Qazaxıstan hökuməti artıq bununla bağlı qərar verib. Rusiyada isə məsələnin müzakirəsi son mərhələdədir. Bəs görəsən sözügedən ölkələrdən Azərbaycana neft məhsulları gətirilirmi və bu cür məhdudiyyətlərin ölkəmizə təsiri olacaqmı? Dövlət neft şirkəti məsələyə aydınlıq gətirib. 

Mayın 9-dan etibarən Qazaxıstan bir sıra neft məhsullarının ixracına altı aylıq məhdudiyyət qoyacaq. Bu qərar daxili bazarda neft məhsulları qıtlığınının qarşısını almaq üçün verilib. Rusiya da benzil və dizel yanacağının ixracına müvəqqəti qadağa qoymaq niyyətindədir və hazırda bu məsələ hökumətdə müzakirə olunur.

Sözügedən məsələnin Azərbaycana mümkün təsirini şərh edən SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyir ki, coğrafi baxımdan Rusiya bizə yaxın olduğu üçün bəzi neft məhsulları oradan idxal olunur. Onun sözlərinə görə Rumıniya, İsveçrə, B.Britaniya kimi müxtəlif Avropa ölkələrindən də yanacağı müvəqqəti ala bilirik. Lakin Qazaxıstanın ixracla bağlı qərarının Azərbaycana ciddi təsiri olmayacaq.

İbrahim Əhmədov qeyd edib ki, bu cür məhdudiyyətlərin ölkəyə idxal olunan neft məhsullarının qiymətinə təsiri olmur. 

Qurum rəsmisi əlavə edib ki, ölkəmizdə ən çox istifadə edilən A-92 markanlı benzin və dizel yanacağı ölkə daxilində istehsal olunur. Sözügedən məhsulların daxili bazar üçün qiyməti dövlət tərəfindən tənzimlənir, yəni bazardakı dalğalanmadan asılı deyil.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
524 | 17:16 • 19 Aprel 2021