Xəzər Xəbər

Bu gün buraxılış imtahanları keçirilib, riyaziyyatdan  suallar çətin olub video

Veb TV | 20:14 • 30 Aprel 2021
Bu gün buraxılış imtahanları keçirilib, riyaziyyatdan  suallar çətin olub

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

Bu gün 11 illik orta təhsil səviyyəsi üzrə sonuncu buraxılış imtahanları keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, imtahanlar 15 şəhər və rayonda baş tutub.

İştirakçılar yaxşı nəticə gözlədiklərini bildiriblər. Digər fənlərlə müqayisədə riyaziyyatdan  sualların çətin olduğunu qeyd ediblər.

Üzərində mobil telefon aşkarlanan  bir şagird isə  imtahandan xaric edilib. Mayın 1-dən etibarən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Nəticələr  3 həftə ərzində elan olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti