Xəzər Xəbər

Oğurluqla məşğul olan şəxslər tutulub video

Veb TV | 19:50 • 30 Aprel 2021
Oğurluqla məşğul olan şəxslər tutulub

Suraxanı rayonunun Binə və Hövsan qəsəbələrində yük maşınlarının ehtiyat hissələrini oğurlayan şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanan Raqif Nuriyevin vətəndaşlara ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Rayon ərazisində keçirilmiş digər əməliyyat zamanı isə yeni tikilməkdə olan evlərdən silsilə oğurluqlar edən Bakı şəhər sakinləri Mirağa Seyidov, Seymur Nağıyev,  Hüseyn İsmayılov və Həsən Gəncəliyev tutulublar. Onların Hövsanda olan 10-a yaxın evdən məişət və tikinti əşyaları oğurladıqları və ev sahiblərinə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurduqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar