Xəzər Xəbər

Sürücü qayda pozmadığı halda cərimələndi VİDEO

Veb TV | 20:55 • 29 Aprel 2021
Sürücü qayda pozmadığı halda cərimələndi

Bakıda sürücü qaydanı pozmadığı halda cərimə olunduğunu iddia edir. Sürücünün sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən ona yazılan cərimə əsassızdır. Məsələyə Bakı Nəqliyyat Agentliyi münasibət bildirib.

Minik avtomobilinin sürücüsü Nicat Qarayev iddia edir ki, dayanma-durma qaydasını pozmadığı halda ona Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə tətbiq olunub.

Sürücü deyir ki, Qara Qarayev prospektində avtobus dayanacağının kənarında avtomobili saxlayaraq mağazaya gedib. Bu zaman onun avtomobili ərazidəki Bakı Nəqliyyat Agentliyinə məxsus kamera tərəfindən çəkilib. Sürücüyə avtomobilini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında park etdiyinə görə cərimə yazılıb. Nicat Qarayev iddia edir ki, məsələnin araşdırılması üçün aidiyyatı qurumun sosial şəbəkə hesablarına müraciət etsə də, şikayətinə baxılmayıb.

Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, nəqliyyat vasitəsi avtobus dayanacaq məntəqəsinin təsir zonasında saxlanıb. Buna görə də sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq cərimələnib. O da vurğulandı ki, operativ qərargahın həftəsonları ictimai nəqliyyatın işləməməsi ilə bağlı verdiyi qərar həmin günlər avtomobilin avtobus dayanacağında park edilməsinə əsas vermir.

Xəbər lenti