Xəzər Xəbər

BSU-nun şöbə müdirinə cinayət işi açıldı VİDEO

Veb TV | 20:42 • 29 Aprel 2021
BSU-nun şöbə müdirinə cinayət işi açıldı

Bakı Slavyan Universitetinin şöbə müdiri Dürdanə Əliyeva tələbələrin 140 min manat həcmində təhsil haqlarını mənimsəməkdə ittiham olunur. Bununla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Tələbələrdən təhsilhaqlarını alaraq mənimsəyən universitet müəllimi məsuliyyətə cəlb olunub.

Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin şöbə müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi başlanıb. 

Ali məktəbin Mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, universitetinin rektoru Nurlana Əliyeva Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı Təhsil Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

Hazırda Dürdanə Əliyeva barəsində Cinayət Məcəlləsinin "dələduzluq yolu ilə  külli miqdarda ziyan vurmaq", "rüşvət verməyə təhrik etmə" və "rüşvət alma" maddələri ilə cinayət işi başlanıb. İş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

 

Xəbər lenti