Xəzər Xəbər

Şəhid ailələrinə və qazilərə dəstək: “YAŞAT” Marafonuna start verildi VİDEO

Veb TV | 20:15 • 29 Aprel 2021
Şəhid ailələrinə və qazilərə dəstək: “YAŞAT” Marafonuna start verildi

Bu günə qədər 76 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 7-si artıq vətənə dönüb, 69 qazinin qardaş ölkədə müalicəsi davam edir. Bunu jurnalistlərə açıqlamasında ''YAŞAT'' Fondunun rəhbəri Elvin Hüseynov bildirib. Bu gündən isə şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" marafonu başlayıb. Məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi bir araya gətirmək və onları "YAŞAT" Fonduna ianə etməyə çağırmaqdır.

"YAŞAT" Fonduna indiyədək 36 milyon manatdan artıq vəsait daxil olub. Onun 20 milyon manata yaxını təyinatı üzrə xərclənib.

Bunu "YAŞAT" Marafonunun başlanması münasibətilə təşkil edilən mətbuat konfransında fondun rəhbəri Elvin Hüseynov bildirib. Onun sözlərinə görə fondun əməkdaşları bu günə qədər 2881 şəhid ailəsinin evində olub. 3000-dən artıq qazi ilə görüş keçirilib. İndiyədək 76 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 7-si vətənə dönüb, 69 qazinin isə qardaş ölkədə müalicəsi davam etdirilir. 

Ötən il sentyabrın 27-dən sonra doğulan şəhid övladlarına fondun dəstəyi də davam edir.
  
Bu gündən Şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Marafonuna start verilib. Marafon Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Diaspora Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə başlanır. Məqsəd müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi bir araya gətirmək və onları "YAŞAT" Fonduna ianə etməyə çağırmaqdır. 

Marafonun sonunda toplanmış vəsaitin həcmi də mayın 25-də ictimaiyyətə elan ediləcək. 

Xəbər lenti