Xəzər Xəbər

Vüsal Kərimli “parkovşik”lərdən danışdı: Onların arxasında himayədarı var VİDEO

Veb TV | 20:15 • 28 Aprel 2021
Vüsal Kərimli “parkovşik”lərdən danışdı: Onların arxasında himayədarı var

Bakı Nəqliyyat Agentliyi parklanma yerləri ilə bağlı pilot layihəyə başlayacaq. Paytaxtın parkinq xaosu layihə çərçivəsində mərhələli şəkildə həll ediləcək. Bu il həmçinin Bakı kartlara onlayn ödənişlə bağlı işlər də yekunlaşacaq. Avtobus parkının yenilənməsi üçün yeni avtobusların alınması da nəzərdə tutulur. Baki Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli açıqlama verib.

"Küçədə parkinqlərdə yiğilan vəsaitlərin bizə heç bir aidiyyəti yoxdur". Bunu baki nəqliyyat agentliyinin idarə heyətinin sədri vüsal kərimli mətbuat konfransinda bildirib.

Onun sözlərinə görə, bakida tariflər tətbiq olunmadan hər hansi yiğimdan danişila bilməz. Parkinqlərdən pul yiğan şəxslər hələki himayadarlarinin hesabina fəaliyyət göstərirlər .

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli həftə sonu avtobus zolaqlarından istifadə ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur. Lakin bu dəyişikliyi dövlət yol polisi və yol təhlükəsilziyi komisiyyası həyata keçirməlidir.

Vüsal kərimli həmçinin bəzi dayanacaqlarda ödəmə terminallarının olmaması məsələsinə də aydınlıq gətirib. Qeyd edib ki, bu ilin sonunda kartlarda onlayn ödəniş mümkün olacaq. çünki 2 000-ə yaxın avtobus dayanacağında ödəmə terminalı iqtisadi cəhətdən səmərəsizdir.


Vüsal kərimli avtobusların sayının artırılması məsələsi ilə bağlı onu bildirdi ki, avtobusların sayı yox, yolu artırılmalıdır. Metro bağlı olduğu üçün nə qədər əlavə avtobus çıxarılsa da, paytaxtın nəqliyyat yükü tam qarşılanmır. Avtobus parknın yenilənməsi üçün isə 320 yeni avtobus alınacaq.

Xəbər lenti

Çox oxunanlar