Xəzər Xəbər

Bu evin sakinləri qorxuya düşüblər: gecə evləri daşa basılır VİDEO

Veb TV | 20:30 • 27 Aprel 2021
Bu evin sakinləri qorxuya düşüblər: gecə evləri daşa basılır

Ağstafanın Vurğun qəsəbəsində Nağıyevlər ailəsinin çağırılmamış qonaqları olur. Söhbət  gözəgörünməz qüvvələrdən yox, elə canlı insandan gedir. Naməlum şəxs və ya şəxslər ailəni hava qaralandan sonra həyətə çıxmağa həsrət qoyub. Bu azmış kimi evin içində də rahat oturmağa qoymurlar. Çünki ev daşlanır.

Yasayaış evi daşlanır, həyətdə yanğınlar  törədilir. Avtomobil siqnalı və ya fənərlərlə ev sakinlərinin narahatçılığı pozulur. 9 ildir davam edən bu cür vəziyyət Ağstafanın Vurğun qəsəbəsində Nağıyevlər ailəsinin başına gətirilir. Cərəyan edən hadisələr bu gün də səngimir.

Ev sahibi bildirir ki, əsas hədəf  evin xanımları seçilir. Qadınlara xəsarət yetirilməsə də onları qorxudurlar. Dırnaqarası qəhrəmanlar özlərinin təhlükəsizliyini təmin etmək üçün bütün vasitəsələrə əl atırlar. 

Ötən gün də yenidən onların qapıları daşlanıb, pəncərələrdən işıq salınıb. Bütün bunların barədə 2012-ci ildən ailə hüquq mühafizə orqanlarına məlumat veriblər. Ağstafa rayon Polis şöbəsinin əməkdaşları naməlum şəxs və ya şəxslərin saxlanılması istiqamətində bütün tədbirləri görüblər.

Daxili İşlər  Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş-leytenantı Eşqin Qasımov Xəzər Xəbərə açıqlamasında bildirilib ki, sözü gedən məsələ Ağstafa Rayon Polis Şöbəsində  araşdırılır. 

 

Xəbər lenti