Xəzər Xəbər

ABŞ prezidentinin bəyanatı Türkiyəyə təzyiq cəhdidir video

Veb TV | 21:57 • 25 Aprel 2021
ABŞ prezidentinin bəyanatı Türkiyəyə təzyiq cəhdidir

ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatı Türkiyəyə qarşı bir təzyiq vasitəsidir. Ancaq bu addım heç bir nəticə verməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millər vəkili Cavid Osmanov deyib.

O hesab edir ki, Türkiyənin günü-gündən dünyada və regionda nifuzunun artması başda ABŞ olmaqla, digər qərb dövlətlərini narahat edir.

Cavid Osmanovun sözlərinə görə, Türkiyə dəfələrlə həm özünün, həm də dünya arxivlərinin açılması, tarixçilərdən ibarət komissiyanın yaradılması təşəbbüsünü irəli sürüb. Lakin Ermənistan hakimiyyəti gülünc bəyanatla çıxış edir ki, bu məsələ ilə bağlı tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar.

Millət vəkili bildirib ki, bu yanaşmanın özü ermənilərin apardığı təbliğatın nə qədər əsassız olduğunu sübut edir. Faktlar qarşısında aciz duruma düşəcəklərini yaxşı bilən bədnam qonşularımız bu məsələni siyasətçilərin öhdəsinə buraxmaqla əslində tarixi həqiqəti saxtalaşdırırlar.

Millət vəkil Elşad Mirbəşir isə deyir ki, bu cür yanlış mövqenin ortaya qoyulması ilə ABŞ özünün beynəlxalq imicini korlamış oldu. Onsuz da Avrasiyada, xüsusilə də Yaxın Şərqdə ABŞ-ın nüfuzu getdikcə azalmaqdadır.

Elşad Mirbəşirin sözlərinə görə, qondarma "erməni soyqırımı" ilə bağlı Co Baydenin açıqlmasını təhlil etdikdə aydın görünür ki, ABŞ bu addımı ilə Ermənistanı daha da pis vəziyyətə qoymuş oldu. Çünki müharibədən sonra Ermənistan bəlkə də qonşu ölkələrlə münasibətini düzəldə bilərdi. Türkiyə-Ermənistan sərhədi açıla bilərdi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda sosial-iqtisadi və digər sahələr çöküb. ABŞ prezidentinin açıqlaması regionda nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimi layihələrə ciddi zərbədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti