Xəzər Xəbər

Baydenin bəyanatı tarixin təhrif olunması, beynəlxalq hüququn nüfuzdan salınmasıdır video

Veb TV | 21:04 • 25 Aprel 2021
Baydenin bəyanatı tarixin təhrif olunması, beynəlxalq hüququn nüfuzdan salınmasıdır

ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanat tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınmasıdır.

Ağ ev administrasiyası və ABŞ konqresində erməni lobbisinin təsiri bu ölkənin həyata keçirdiyi siyasətdə açıq aydın görünür. Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı çıxışı da məhz bunun bariz nümunəsidir.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, erməni lobbisinin ABŞ siyasətçilərini maliyyələşdirməsi, onları öz təsir dairəsinə salması uzun müddətdir ki, ermənilərin başlıca missiyasıdır. Hazırda ABŞ administrasiyası və konqresində erməni lobbisinin təsirində, eləcə də maliyyə asılılığında olan çoxlu sayda rəsmilərin olması da hər kəsə bəllidir.

Hikmət Babaoğlu əlavə edib ki, ermənilərin uydurması olan 1915-ci il hadisələri ilə bağlı Ağ ev rəhbərinin bəyanatı tarixi saxtalaşdıran qüvvələrə, erməni lobbisinə dəstəkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti