Xəzər Xəbər

Ermənipərəst Samanta Pauerin USAID-ə rəhbər gətirilməsi əsaslı şübhələr yaradır video

Veb TV | 20:56 • 25 Aprel 2021
Ermənipərəst Samanta Pauerin USAID-ə rəhbər gətirilməsi əsaslı şübhələr yaradır

Ermənilərin Amerikadakı sadiq müdafiəçisi və erməni lobbisinin ələ aldığı diplomatlardan biri olan Samanta Pauerin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə - USAID-ə rəhbər təyin edilməsi ilə bağlı məsələ reallaşmaq üzrədir. Artıq ABŞ senatının Xarici Əlaqələr Komitəsi onun bu vəzifəyə təyin olunması üçün namizədliyini yekdilliklə dəstəkləyib.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, Samanta Pauerin belə mötəbər vəzifəyə təyin edilməsi təşkilatın prinsiplərinə ziddir.

Hələ ABŞ-ın BMT-dəki səfiri olarkən qəlbi erməni sevgisi ilə döyünən Samanta Pauerin USAID  kimi bir təşkilata rəhbərlik etməsi obyektivliklə bağlı əsaslı şübhələr yaradır. Ölkələrin inkişafı üçün müxtəlif layihələrə dəstək verən təşkilatın idarəçiliyinə ermənipərəst şəxsin gətirilməsi Türkiyə, Azərbaycan, eləcə də Ermənistanla əlaqələrində gərginlik olan ölkələrdə rəsmi Vaşinqtonun həyata keçirəcəyi layihələrin səmimiliyini, məramını ciddi şübhə altına salır.

Bəhruz Məhərrəmov qeyd edir ki, Samanta Pauerin təyinatından sonra bu təşkilatla əməkdaşlıq məsələsinə ciddi şəkildə yeni bir baxış ortaya qoyulmalıdır.

Samanta Pauerin erməni sevgisini görmək üçün onun tvitterdəki paylaşımlarına diqqət yetirmək kifayətdir. Samanta Pauer tvitlərində bildirir ki, o, Obama Administrasiyası zamanı hökümətin "erməni soyqırımı"nı tanımamasından ciddi təəssüf hissi keçirib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti