Xəzər Xəbər

Vətən yolunda canını fəda edən qəhrəman şəhidimiz Mürşüd Əhmədzadə video

Veb TV | 20:50 • 25 Aprel 2021
Vətən yolunda canını fəda edən qəhrəman şəhidimiz Mürşüd Əhmədzadə

İkinci Qarabağ müharibəsi zamanı müqəddəs amallar uğrunda döyüşən, qorxunun nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Mürşüd Əhmədzadədir.

Xezerxeber.az-ın məlumatına görə, 2000- ci ildə Tərtər rayonunun Evoğlu kəndində doğulan Mürşüd uşaqlığından nənəsinin yanında böyüyüb.

Mürşüd   həqiqi hərbi xidməti bitirəndən sonra müddətdən  artıq hərbi qulluqçu fəaliyyətini davam etdirib. Vətən müharibəsi başlayanda isə döyüşə yollanıb. Mürşüd Əhmədzadə Suqovuşan və Talış kəndləri istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib. Suqovuşanda düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində onun da rolu olub.

Onun şəhid olması sonradan  bilinib. Nəşi Suqovuşanda  meşəlik ərazidən 54 gün sonra tapılıb.

Şəhidimizin qanı yerdə qalmadı, torpaqlarımız azad olundu. İndi Mürşüd və bütün şəhidlərimizin ruhu şaddır!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti