Xəzər Xəbər

Vaşinqtonda Türkiyə və Azərbaycan icmalarının etiraz aksiyası keçirilib video

Veb TV | 19:54 • 25 Aprel 2021
Vaşinqtonda Türkiyə və Azərbaycan icmalarının etiraz aksiyası keçirilib

Vaşinqtonda Türkiyə və Azərbaycan icmalarının nümayəndələri ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyinə qarşı etiraz aksiyası keçiriblər.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyə və Azərbaycan bayraqları ilə  əraziyə  gələn aksiya iştirakçıları  qondarma "soyqırımı" iddialarına etiraz ediblər.

Aksiyada iştirak edən fəallar ermənilərin tarix boyu türklərə qarşı əsassız iddialar irəli sürdükləri barədə yerli sakinlərə məlumatlar veriblər. 

Nümayişçilər ermənilərin Xocalıda  vəhşicəsinə qətlə yetirdiyi günahsız insanların fotolarını nümayiş etdirib,  "Erməni soyqırımı tarixi yalandır", "Xocalıya ədalət", "Erməni yalanını dayandırın", "İcazə verin tarix danışsın" kimi şüarlar səsləndiriblər.

Aksiyanın keçirildiyi əraziyə gələn erməni diasporunun Amerika Erməni Milli Komitəsi və Erməni Gənclər Federasiyasının üzvləri təxribat törətməyə cəhd ediblər. Ermənilərin  təxribat niyyətləri baş tutmayıb və üç saat davam edən aksiya insidentsiz ötüşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti