Xəzər Xəbər

Ağsuda məktəb binası şagirdlərin həyatı üçün təhlükəlidir video

Veb TV | 19:39 • 25 Aprel 2021
Ağsuda məktəb binası şagirdlərin həyatı üçün təhlükəlidir

Ağsu rayonu, Padarqışlaq  kənd tam orta məktəbi bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, bu məktəbin vəziyyəti şagirdlərin həyatı üçün təhlükəlidir. Sinif otaqlarında tavan qopub tökülür. Pəncərələr, döşəmə də ürək açan deyil.

Bu məktəbin binası 1949 -ci ildə inşa olub. Müxtəlif illərdə təmir olunsa da, artıq qəzalı vəziyyətə düşüb.

Ağsu Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, Padarqışlaq  kənd tam orta məktəbinin  binasının qəzalı vəziyyətdə olmasından məlumatlıdılar. Vəziyyət barədə Təhsil Nazirliyinə məlumat verilib.

Qeyd edək ki, 20 müəllimin çalışdığı məktəbdə 243 şagird təhsil alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti