Xəzər Xəbər

Ermənilər Azərbaycana qarşı təxribatlarına son qoymalıdırlar video

Veb TV | 21:56 • 23 Aprel 2021
Ermənilər Azərbaycana qarşı təxribatlarına son qoymalıdırlar

Zəngilanda baş verən hadisələr tək Azərbaycana qarşı törədilən təxribat deyil. Bu həm də Ermənistanın daxilindən qaynaqlanan, eyni zamanda müxtəlif klanlar arasında gedən mübarizənin təzahürüdür. Məlum məsələdir ki, Ermənistanda 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər ermənilər bu təxribatları davam etdirəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Zəngəzur məsələsi Paşinyan siyasətində ən mühüm istiqamətlərdən biridir. Birmənalı şəkildə bu proses həll olunmalıdır.

Millət vəkili əlavə edib ki, əgər ermənilər Azərbaycan torpaqlarında rahat yaşamaq istəyirlərsə təxribatlara son qoymalıdırlar.

Arzu Nağıyevin fikrincə, istər Sarkisyan, Koçaryan, istər digərləri çalışırlar ki, sülh bərqərar olmasın. Çünki əgər sülh bərqərar olsa, yenidən Paşinyan hakimiyyətdə qalsa, onların aqibəti həbslə nəticələnəcək. Onsuz da beynəlxalq tribunallar, məhkəmələr qarşısında bu şəxslər cavab verməlidirlər. Məhz bu məsələləri də nəzərə alaraq Azərbaycan tərəfi çox ciddi addımlar atdı və atmağa davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti