Xəzər Xəbər

Palçıq Vulkanları Turizm Kompleksində müalicəvi vannalar olacaq video

Veb TV | 22:15 • 23 Aprel 2021
Palçıq Vulkanları Turizm Kompleksində müalicəvi vannalar olacaq

Palçıq Vulkanları Turizm Kompleksində turistlərə müalicəvi vannalar təklif ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynova deyib.

O bildirib ki, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə yerləşən bu yer "Qılınc" palçıq vulkanlarının ərazisi kimi tanınır. Kompleksin ərazisində müxtəlif turizm fəaliyyətləri nəzərdə tutulub.

Kompleksdə ictimai iaşə obyektləri və təcrübə mərkəzləri də fəaliyyət göstərəcək.

Kompleksə gediş-gəlişi asanlaşdırmaq üçün yol çəkiləcək. İşlərin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Abşeron rayonunun Qobustan kəndində “Qılınc” palçıq vulkanlarının yerləşdiyi əraziyə mediatur təşkil edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti