Xəzər Xəbər

Bakıda abadlaşdırma adı ilə ağaclar çıxarılıb video

Veb TV | 21:11 • 23 Aprel 2021
Bakıda abadlaşdırma adı ilə ağaclar çıxarılıb

Yolun kənarını bəzəyən doqquz ağacdan indi sadəcə beşi qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən 2 saylı binanın arxa tərəfində yerləşən ağaclardan bəziləri çıxarılaraq parka köçürülüb.

Bu proses binada yaşayan Rahim Gülmaliyev adlı şəxs tərəfindən, aidiyyatı qurumların icazəsi olmadan aparılıb. 

Ağaclardan 2-si  şam, 1-i liqustr, 1-i isə  iydə ağacıdır.

Rahim Gülmaliyev bildirir ki, ağacları köçürməsinin səbəbi abadlaşdırma işləri aparmasıdır.

Ərazidə yasayan vətəndaslardan ağacların köçürülməsinə razı olanlar da var, etiraz edənlər də. Onlar burada abadlaşdırma işlərinin aparılacağına inanmadığını deyirlər.

Rahim Gülmaliyev onu da iddia edib ki, bəzi sakinlər müəyyən qədər məvacib qarşılığında ağacların köçürülməsinə susacaqlarını deyiblər.

Məsələyə münasibət bildirən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov ağacların icazəsiz köçürülməsi ilə bağlı protokolun tərtib olunduğunu deyib.

Yerində yeni ağacların əkiləcəyi deyilsə də, köçürülən ağacların inkişaf edib-etməyəcəyi bəlli deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti