Xəzər Xəbər

Şəkidə meyvə bağlarını doludan qorumaq üçün top quraşdırılıb video

Veb TV | 20:44 • 23 Aprel 2021
Şəkidə meyvə bağlarını doludan qorumaq üçün top quraşdırılıb

Şəkinin Zəyzid və Vərəzət kəndləri ərazisində yeni salınmış bağlarda pilot layihələr tətbiq edilir.

Xezerxeber.az-ın məlumatına görə, dolu topları vasitəsilə əraziyə dolu yağmasının qarşısı alınır.

96 hektar ərazidə salınan "Green Fektory" meyvə bağı 2015-ci ildən fəaliyyət göstərir. Baş Zəyzid, Orta Zəyzid və Vərəzət kəndlərindən burda 100-ə qədər insan işləyir. Bağın yerləşdiyi Zəyzid kəndi doluya görə seysmik zona hesab olunur. Təkcə 2019-cu ildə diametri 3 sm-dən çox olan dolu həm bağın, həm də yaxınlıqda olan fərdi təsərrüfatların məhv olmasına səbəb olub.

Bu problemi həll etmək üçün Avropada və dünyanın bir sıra yerlərində dolunu yağışa çevirmək üçün nəzərdə tutulan 3 ədəd dolu topu bağda quraşdırılıb.

Bu avadanlıqlar asetilinlə işləyir və ekoloji cəhətdən tam təhlükəsizdir.

Təsərrüfatın rəhbəri bildirib ki, layihə sərfəli olduğundan digər təsərrüfatlarda da istifadəsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti