Xəzər Xəbər

İcra nümayəndələri qətl törədiblər video

Veb TV | 20:31 • 23 Aprel 2021
İcra nümayəndələri qətl törədiblər

Cəlilabadda kənd icra nümayəndələri borca pul aldıqları şəxsi öldürüblər.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət aprelin 18-də Cəlilabad rayonunda baş verib.

Rayon sakini, 58 yaşlı Əflatun Abdullayevin avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı ailə üzvləri polisə xəbər veriblər. Prokurorluq və polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə itkin düşmüş kimi axtarılan Əflatun Abdullayevin qətlə yetirildiyi aşkar edilib.

Araşdırmalarla məlum olub ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Famil  Mahmudov, Seyidbazar kəndi üzrə nümayəndəsi Zeydulla  İsmayılov və Türkiyə vətəndaşı Mehmet  Kurtoğlu Əflatun Abdullayevi qəsdən öldürüblər. Daha sonra onlar izi tirmək üçün meyti gizlədiblər.

Məlumata görə, Famil  Mahmudov və  Zeydulla  İsmayılovun Əflatun Abdullayevə pul borcları olub. Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Hazırda cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti