Xəzər Xəbər

Xəstələrdən rüşvət alan xəstəxana rəhbərləri tutuldu video

Veb TV | 21:36 • 22 Aprel 2021
Xəstələrdən rüşvət alan xəstəxana rəhbərləri tutuldu

Vəzifəsindən sui-istifadə edən xəstəxananın baş direktoru iş otağında saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ''Yeni Klinika''da əməliyyat keçirib. Daxil olan məlumat əsasında əməliyyat-istintaq tədbirləri ilə TƏBİB-in nəzdində fəaliyyət göstərən ''Yeni Klinika''nın direktoru Pərviz Abbasov külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanıb.

Pərviz Abbasovun iş otağındakı qeyd dəftərinə baxış keçirən əməliyyatçılar orda müxtəlif ad-soyadlara və qarşısında məbləğlər yazılarını aşkar ediblər. Bundan başqa, otaqdan xəstə yaxınlarından alınan külli miqdarda pul vəsaiti də aşkar edilib.

Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova ''qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma'' və ''təkrar rüşvət alma'' maddələri ilə ittiham elan olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs edilib. Bu işdə onunla əlbir olan Əvəz Hüseynov, Samir Mirzəyev və Vüsalə  Əliyeva da tutulublar.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev də vəzifə səlahiyyətindən sui-istifadə edərək rüşvət aldığı üçün saxlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib ki, İmran Ağayev həmin müəssisənin qeydiyyatçıları Qulu Orucov və Taleh  İmanlı ilə əlbir olub və bu qanunazidd əməlləri törədiblər.

İstinqala müəyyən edilib ki, razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın "VİP korpus"u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən Qulu Orucov və Taleh  İmanlınin vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin faktlarla əlaqədar başlanan cinayət işi üzrə toplanan sübutlarla İmran Ağayev və Taleh İmanlı ''qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma'' və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti