Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Yol patrul xidməti görünməyən yerdə dayana bilərmi? video

Veb TV | 83 | 21:19 • 22 Aprel 2021
Yol patrul xidməti görünməyən yerdə dayana bilərmi?

Qaydaları pozmayan sürücü üçün polisin harada dayanmasının heç bir fərqi olmamalıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev yol-patrul xidməti əməkdaşlarının görünməyən yerdə dayanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Şöbə rəisi deyib ki, məsələyə bu şəkildə yanaşanlar Dövlət Yol Polisininin əsas funksiyalarından xəbərsizdir.

Namidan Piriyev bildirib ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur.

Buna görə də yol polisinin harada dayanmasının heç bir fərqi yoxdur.

Şöbə rəisi deyb ki, yol polisinin yolun hərəkət hissəsində dayanmaqdansa, kənarda bir yerdə dayanması daha məqsədəuyğundur. Onun sözlərinə görə, qaydaları pozmayan və sürət həddinə əməl edən sürücü üçün yol polisinin harada dayanmasının heç bir fərqi olmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Laçın rayonunun Əhmədli kəndi
Laçın rayonunun Əhmədli kəndi VİDEO
18 | 16:56 • 13 İyun 2021
Aleksandr Ata ilə vida mərasimi keçirilir
Aleksandr Ata ilə vida mərasimi keçirilir VİDEO
49 | 11:50 • 13 İyun 2021
Cəbrayıl rayonundan yeni görüntülər
Cəbrayıl rayonundan yeni görüntülər VİDEO
41 | 11:08 • 13 İyun 2021
Bakıda tarixi gün - Futbol həyəcanı başladı
Bakıda tarixi gün - Futbol həyəcanı başladı VİDEO
84 | 21:17 • 12 İyun 2021
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz
Türkiyə millisi Bakıda: Evinizə xoş gəldiniz VİDEO
74 | 20:42 • 12 İyun 2021
Nazirlikdən yeni layihə -"Himayədar ailə"
Nazirlikdən yeni layihə -"Himayədar ailə" VİDEO
56 | 20:11 • 12 İyun 2021

Xəbər lenti

Çox oxunanlar