Xəzər Xəbər

Bakını toz dumanı bürüyüb - Belə hava şəraitinin hansı fəsadları ola bilər? video

Veb TV | 23:13 • 21 Aprel 2021
Bakını toz dumanı bürüyüb - Belə hava şəraitinin hansı fəsadları ola bilər?

Bakıda havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. 

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmələr aparılıb.

Məlum olub ki, havada tozun miqdarı normadan yüksəkdir. 

Bəs belə hava şəraiti pandemiya dövründə insanlarda hansı fəsadları yarada bilər? 

İnfeksionistlərin fikrincə, tozlu və küləkli hava şəraiti koronovirus infeksiyasına yoluxmanı artırmır, amma toza allergiyası olan koronovirus xəstələrinin vəziyyətini ağırlaşdıra bilər. Buna görə də belə hava şəraitində diqqətli olmaq mütləqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti