Xəzər Xəbər

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli və tarixi maraqlarına cavab verir video

Veb TV | 23:29 • 21 Aprel 2021
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli və tarixi maraqlarına cavab verir

Azərbaycan hazırda 10 noyabr tarixli üçtərəfli bəyənatın icrası ilə məşğuldur. Bəyanatın 9-cu bəndində də məhz Zəngəzur dəhlizindən danışılır. O dəhlizdən ki, yaradılması bizim həm milli, həm tarixi, həm də gələcək maraqlarımıza tam cavab verir. Prezident İlham Əliyevin dünənki müsahibəsində bu məsələyə toxunması isə heç də təsadüfi deyil.

Xezerxeber.az-ın məlumatına görə, bunu siyasi şərhçi Zaur Məmmədov deyib.

O bildirib ki, həmin çıxış Ermənistan tərəfinə bir xəbərdarlıq idi.

Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan  arasında nəqliyyat, kommunikasiya  xətlərinin bərpasına təminat verməlidir. Yəni, Zəngəzur dəhlizi bərpa olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti