Xəzər Xəbər

Saatlıda əkin sahələri susuz qalıb video

Veb TV | 19:50 • 20 Aprel 2021
Saatlıda əkin sahələri susuz qalıb

Saatlı rayonunun Mircəlal kəndində əkin sahələri susuz qalıb. Kanalın dibində olan az miqdarda su təsərrüfatlara kifayət etmir.

Xezerxeber.az-ın məlumatına görə, fermerlər deyirlər ki, suya tələbatın çox olduğu indiki vaxtda yaranan problem məhsuldarlığa mənfi təsir göstərəcək.

Sakinlərin sözlərinə görə, kanaldakı sudan bəzi hallarda mal-qaranı sulamaq üçün istifadə edə bilirlər.

Mircəlal kəndi rayonunun ucqar hissəsində, Araz çayından çəkilən Orta Muğan kanalının axırında yerləşir. Bənzər problem kanal üzərində yerləşən 10-a yaxın kənddə də yaşanır.

Məsələ ilə bağlı  Saatlı Suvarma Sistemləri İdarəsindən bildirlib ki, mövcud çətinlik onları da narahat edir.

İdarə rəisi Tahir Rzayevin sözlərinə görə, Araz çayında sululuq  illik  normadan aşağı olduğundan problem qaçılmaz olub.

İndi sakinlər tezliklə problemin aradan qaldırılmasını gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti