Xəzər Xəbər

Cərimədən yaxa qurtarmaq üçün bu yola əl atdı - Bakıda maraqlı hadisə video

Veb TV | 20:04 • 20 Aprel 2021
Cərimədən yaxa qurtarmaq üçün bu yola əl atdı - Bakıda maraqlı hadisə

Bakıda vətəndaş yerə yıxılaraq ingilis dilində ''nəfəs ala bilmirəm'' deyərək qışqırıb. Polis və ətrafdakılar da ona yardım etmək istəyiblər.

Hadisə ötən gün paytaxtın Nəsimi rayonu, metronun ''28 may'' stansiyasının qarşısında baş verib.

Xezerxeber.az-ın məlumatına görə, şahidlər həmin hadisəni çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Araşdırmalarla məlum olub ki, həmin şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis onu inzibati qaydada cərimə etmək istəyib. Bu zaman o, özünü əcnəbi kimi qələmə verərək ingilis dilində ''nəfəs ala bilmirəm'' deyərək özünü yerə yıxıb.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, həmin şəxsə əvvəlcə yardım edilib. Daha sonra isə o, ərazi üzrə 22-ci polis bölməsinə aparılıb. Araşdırma zamanı onun Gəncə şəhər sakini Vaqif Qaraxanov olduğu məlum olub.

Ehtimallara görə, o polisədən yaxa qurtarmaq üçün xarici dildə danışıb ki, inzibati qaydada cərimə olunmasın.

Elşad Hacıyevin sözlərinə görə, vətəndaşlar elə zənn etməsinlər ki, əcnəbi olmaq hər hansı bir məsuliyyətdən yayınmağa kömək edir.

Gəncə şəhər sakini Vaqif Qaraxanov İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunub. Hazırda onunla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti