Xəzər Xəbər

Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qanuna dəyişiklik edilir video

Veb TV | 20:19 • 20 Aprel 2021
Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qanuna dəyişiklik edilir

Azərbaycanda tələbələrin hansı hallarda ali təhsil müəssisələrindən xaric edilməsi müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, "Ali təhsil haqqında" yeni qanun layihəsində bir sıra dəyişikliklər nəzərdə tutulur.

Yeni layihədə tələbələrin universitetdən xaric edilməsinə səbəb olacaq hallar da konkret göstərilib.

Əsas dəyişikliklərdən biri də odur ki, ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6  ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda, çağırışa möhlət hüquqlarını itirir və ümumi əsaslarla müddətli hərbi xidmətə çağırılırlar.

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.  Universitetin qərarı ilə tələbə yenidən bərpa oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti