Bakı 31 ℃
Xəzər Xəbər
USD 1.7

FHN xəstəxanalarda nöqsanlar aşkarladı VİDEO

Veb TV | 63 | 13:22 • 20 Aprel 2021
FHN xəstəxanalarda nöqsanlar aşkarladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində nəzarət tədbirləri həyata keçirilib.

Bu barədə XəzərXəbər-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərin keçirilməsində məqsəd müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması, o cümlədən xüsusilə gecə saatlarında təxliyə çıxışı və yolları ilə maneəsiz hərəkətin mümkünlüyünün, ilkin yanğınsöndürmə vasitələrinin, əsasən odsöndürənlərin, daxili yanğın kranlarının, stasionar yanğın nasoslarının texniki vəziyyətinin qiymətləndirilməsi, yanğın zamanı insanların həyat və sağlamlıqlarının qorunması üçün müəssisə əməkdaşlarının üzərinə düşən vəzifələrlə bağlı bilik səviyyəsinin təkmilləşdirilməsi olub.

Tədbirlər zamanı aşkar olunan çatışmazlıqlar yanğın təhlükəsizliyinə dair cavabdeh şəxslərin, həmçinin müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb, bir sıra nöqsanların dərhal aradan qaldırılması təmin edilib.

Eyni zamanda maarifləndirici söhbətlər aparılaraq texniki və tibbi heyətin yanğın təhlükəsizliyi sahəsində hüquq və vəzifələri izah olunub, qanunvericiliklə nəzərdə tutulan digər tədbirlər görülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi üçün zəruri tədbirləri davam etdirir.

Çox oxunanlar

Neft bahalaşıb
35 | 09:27 • 15 May 2021
Bir həftə iş olmayacaq
873 | 17:16 • 19 Aprel 2021