Xəzər Xəbər

Şuşaya çəkilən “Zəfər yolu” nə vaxt istifadəyə veriləcək? reportaj/video

Veb TV | 20:00 • 19 Aprel 2021
Şuşaya çəkilən “Zəfər yolu” nə vaxt istifadəyə veriləcək?

Şuşaya yolun çəkilişi davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, ''Zəfər yolu'' Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Bu yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Şuşa şəhərinə qədər uzanır. Uzunluğu 101 kilometr olan "Zəfər yolu" 2 hərəkət zolaqlı olmaqla, ikinci texniki dərəcəyə uyğun inşa edilir. Yolda 3 körpünün inşası nəzərdə tutulub. Yolun cari ilin sentyabr ayında istismara verilməsi gözlənilir.

Bundan başqa, ''Zəfər Yolu''na paralel olaraq, Füzulidən Şuşaya çəkilən digər yolun da inşası davam etdirilir. Paralel yolun uzunluğu 84 kilometrdir.

Əhmədbəyli-Füzulı-Şuşa yolu Füzuli Hava Limanının yaxınlığından keçir. Magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədilə yol qovşağı inşa ediləcək.

Layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 kilometrlik yolun inşa edilməsi də daxil edilib.Əhmədbəyli-Füzuli-Şuşa yolundakı işlərin gələn il tamamlanması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti