Xəzər Xəbər

Düşmənə qan udduran şəhid Eltun Əliyev VİDEO

Veb TV | 20:26 • 18 Aprel 2021
Düşmənə qan udduran şəhid Eltun Əliyev

Vətən müharibəsində düşmənə qan udduran igidlərimizdən biri də Sumqayıtdan olan şəhid Eltun Əliyevdir. İşğaldakı torpaqlarımızı azad görmək istəyən Eltun bu yolda da canını fəda edib. O, ölümündən sonra "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Ən böyük arzusu işğaldakı torpaqlarımızın azad edilməsi idi. Bu yolda da canını fəda etdi...

Sumqayıtdan olan 19 yaşlı Eltun Əliyev də Vətən Müharibəsinin qəhrəmanlarındandır. O, 2019-cu ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Tərtər istiqamətində yerləşən hərbi hissədə, təmas xəttində baş atıcı olaraq xidmət edib. Sərrast atıcılığına görə şəkli hərbi hissənin şərəf lövhəsinə vurulub. Sentyabrın 27-də isə vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb.

Füzuli, Cəbrayıl və Suqovuşan istiqamətlərində döyüşən Eltun hər zaman şücaətləri ilə seçilib. O, ötən il Oktyabrın 16-da Suqovuşanda şəhidlik zirvəsinə yüksəlib.

Eltun Əliyev ölümündən sonra "Cəsur Döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Xəbər lenti