Xəzər Xəbər

Ağdam sakini minaya düşdü - Sol ayağını kəsdilər VİDEO

Veb TV | 19:30 • 18 Aprel 2021
Ağdam sakini minaya düşdü - Sol ayağını kəsdilər

Ağdamda qoyun otaran şəxs ninaya düşüb. Hadisə işğaldan azad edilmiş ərazidə baş verib. Xəstəxanaya yerləşdirilən 38 yaşlı Arif Quliyevin sol ayağı amputasiya edilib.

Qoyun otaran şəxs minaya düşüb.

Hadisə ötən axşam Ağdam rayonu ərazisindəki Ergi düzü adlanan yerdə baş verib. Xocalıdan məcburi köçkün olan və Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində məkunlaşan 38 yaşlı Arif Quliyev işğaldan azad edilmiş ərazidə qoyun otararkən minaya düşüb. 

Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilən Arif Qulievin sol ayağı amputasiya edilib. 

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti