Xəzər Xəbər

Xalq artisti Eldar Quliyev son mənzilə yola salındı VİDEO

Veb TV | 20:33 • 18 Aprel 2021
Xalq artisti Eldar Quliyev son mənzilə yola salındı

Görkəmli kinorejissor, xalq artisti, Eldar Quliyev bu gün son mənzilə yola salınıb.  Uzun sürən xəstəlikdən əziyyət çəkən rejissor öz vəsiyyətinə uyğun olaraq "Qurd Qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunub. 

Onu milli kinomuzu dünyada tanıtdığı üçün " Azərbaycan kinosunun səfiri" adlandırırdılar.   Əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan xalq artisti Eldar Quliyev tamaşaçılara "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərdən tanışdır. Onun təkcə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. 

Uzun sürən xəstəlikdən sonra vəfat edən kinorejissor bu gün dəfn edilib. Vida mərasimində tanınmış incəsənət nümayəndələri iştirak edib. Xalq artisti Rasim Balayev onun ölümünü milli kinomuzun itkisi adlandırıb: 

Eldar Quliyev özündən sonra böyük bir məktəb miras qoyub. Bizə qalan təkcə müəllifi, eləcə də imzası olduğu sənət əsərləri deyil, o, həm də yeni nəslin yetişməsində böyük rol oynayıb. 

Eldar Quliyev  öz vəsiyyətilə Qurd qapısı qəbiristanlığında, xanımının yanında dəfn olunub. Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərib.

Xəbər lenti