Xəzər Xəbər

Qurumuş ağaclar sakinlər üçün təhlükə yaradır VİDEO

Veb TV | 20:05 • 18 Aprel 2021
Qurumuş ağaclar sakinlər üçün təhlükə yaradır

Paytaxtın Nəsimi rayonundakı qurumuş ağaclar təhlükəli vəziyyət yaradır. Burada yaşayan sakinlər illərdir ağacların hər an aşa biləcəyi qorxusu ilə yaşadıqlarını deyir. Onlar dəfələrə xoşagəlməz hadisələrin şahidi də olduqlarını bildiriblər. Problemlə bağlı aidiyyatı qurumdan  da cavab almağa çalışmışıq. 

Paytaxtın bir çox yerlərində qurumuş,  eləcə də təhlükəli  vəziyyət yaradan ağaclar var. Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 18 ünvanındakı bu iki ağac da eyni vəziyyətdədir.

Sakinlər bildirir ki, güclü külək əsən zaman bədbəxt hadisə qaçılmazdır.

Ağac piyadaların gediş-gəlişi üçün  də maneə yaradıb.

Sözügüdən problemlə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Qurumdan Xəzər Xəbərə bildirildi ki, bugün iş günü olmadığından problemlə bağlı sabah araşdırma aparılıb əraziyə baxış keçiriləcək.

Xəbər lenti