Xəzər Xəbər

Ağsuda antik samovar oğurlanıb, saxlanılan var video

Veb TV | 19:48 • 17 Aprel 2021
Ağsuda antik samovar oğurlanıb, saxlanılan var

Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən  Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb. Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti