Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Vətən müharibəsinin qəhrəman döyüşçüsü - Şəhid Ülvi Müseyibli dörd medalla təltif edilib video

Veb TV | 132 | 20:28 • 17 Aprel 2021
Vətən müharibəsinin qəhrəman döyüşçüsü - Şəhid Ülvi Müseyibli dörd medalla təltif edilib

Vətən müharibəsində rəşadət göstərən igid hərbçilərimizdən biri də Ülvi Müseyibli olub.

Xezerxeber.az-ın məlumatına görə, Ülvi Müseyibli 1991-cu ildə İsmayıllı rayonu, Xəlilli kəndində anadan olub.

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı döyüşə yollanıb. Ülvi qəhrəman əsgər kimi Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Valideynləri onu evləndirmək istəyib. Lakin o deyib ki, yalnız torpaqlarımız azad olunandan sonra ailə həyatı qura bilər.

Ülvi Müseyibli kənd qəbirisanlığında dəfn olunub. O, ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
381 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
951 | 17:16 • 19 Aprel 2021