Xəzər Xəbər

Erməni vəhşiliyini ifşa edən foto mükafata layiq görüldü - Müəllif "Xəzər Xəbərə"ə danışdı video

Veb TV | 20:49 • 17 Aprel 2021
Erməni vəhşiliyini ifşa edən foto mükafata layiq görüldü - Müəllif "Xəzər Xəbərə"ə danışdı

Gəncədə erməni vəhşiliyini göstərən şəkil Türkiyədə "İlin mətbuat fotosu" adını qazanıb.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyə Fotoqrafçılar  Cəmiyyətinin təşkil etdiyi müsabiqəyə 5 min 188 foto təqdim edilib. Türkiyənin ən nüfuzlu müsabiqəsinə təqdim edilən fotolar  arasında Gəncədə çəkilən bu foto "İlin mətbuat fotosu" seçilib.

Türkiyənin "Sabah" qəzetinin fotomüxbiri Uğur Yıldırımın Ermənistan tərəfindən Gəncəyə raket atılan zaman bir qadının doğmalarının ölüm xəbərini alması anını fotolentə köçürüb.

Uğur Yıldırım Gəncə terroru ilə yanaşı, Bərdə, Tərtər və digər ərazilərdə baş verən faciələri də lentə alıb.

Uğur Yıldırım "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, döyüş meydanında mərmilərin altında işləmək onun üçün daha rahatdır, nəinki faciəni lentə almaq.

İllərdir ki, hərbi jurnalist işləyən Uğur Yıldırım deyir ki, bir çox münaqişə zonalarında olub.Onun üçün Vətən müharibəsində çəkdikləri isə olduqca çətin olub. Çünki 44 gün ərzində demək olar ki, hər gün düşmənin hədəfi dinc sakinlər seçilib.

Bundan başqa, fotomüxbir Uğur Yıldırımın 44 günlük Vətən savaşı zaman çəkdiyi şəkillərdən ibarət fotosessiya "İlin fotoreportajı", Şuşanın düşmən işğalından azad olunması münasibətilə Azərbaycan xalqının sevincini əks etdirən əsərləri isə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin xaricdəki türklərlə bağlı mükafatlarına layiq görülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti