Xəzər Xəbər

Qubadlıda döyüş sursatları aşkar edilib video

Veb TV | 10:46 • 17 Aprel 2021
Qubadlıda döyüş sursatları aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti