Xəzər Xəbər

Toylar olmasa da, gəlinliklərə tələbat var VİDEO

Veb TV | 21:02 • 16 Aprel 2021
Toylar olmasa da, gəlinliklərə tələbat var

Əməkdaşlarımız gəlinlik bazarındakı vəziyyətlə maraqlanıb . Məlum olub ki, pandemiya səbəbindən toylar olmasa da, gəlinliklərə tələbat az da olsa var. Cütlüklər toysuz evlənsələr də, gəlinlikdən imtina etmirlər. İndi qiymətlər də fərqlidir . Əvvəlki vaxtlar ilə müqayisədə gəlinliklərin kirayə qiyməti hazırda daha ucuzdur. 

Məhz bu fikirlər səbəbindən hazırda gəlinlik bazarında tam durğunluq yaşanmır. Cütlüklər indiki vəziyyətdə təmtəraqlı toylardan imtina etsələr də, xanımlar üçün gəlinlik mütləqdir. 1-2 saatlıq da olsa kirayə götürüb, geyinirlər.

Satıcılar bildirirlər ki, pandemiya şəraiti olmasına baxmayaraq, gəlinliklərə hələ də tələbat var, ancaq təbii ki, əvvəlki vaxtlarla müqayisə olunacaq qədər yox. Xüsusilə, son 2 ayda, müştərilərin sayı bir az artıb. 

Əgər əvvəllər gün ərzində 1 mağazadan 40-50 gəlinlik kirayə verilirdisə, hazırda bu rəqəm 10-15 arasında dəyişir. Elə bu səbəbdən də gəlinliklərin kirayə qiyməti indi daha ucuzdur.

Satıcıların dediyini müştərilər də təsdiqləyirlər..

Pandemiya və toyların təşkilinə qoyulan qadağa hələ də davam edir. Lakin buna baxmayaraq, gəlinlik salonlarına mütəmadi yeni model gəlinliklər gətirilir. 

 

 

 

 

Xəbər lenti