Xəzər Xəbər

Rusiyaya yük daşıyan sürücülərin nəzərinə — Qaydalar dəyişib VİDEO

Veb TV | 20:53 • 16 Aprel 2021
Rusiyaya yük daşıyan sürücülərin nəzərinə — Qaydalar dəyişib

Bu xəbərimiz isə Rusiyaya yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinə aiddir. Rusiyada cərimə tətbiq edilmiş xarici qeydiyyatlı nəqliyyat vasitələri həmin ölkəyə buraxılmayacaq. Yeni qaydaya əsasən, xarici daşıyıcı Rusiyaya daxil olduqdan sonra 3 saat müddətində inzibati cərimə öhdəliyini yerinə yetirməlidir.

Rusiyada cərimə tətbiq edilmiş xarici qeydiyyatlı nəqliyyat vasitələri həmin ölkəyə buraxılmayacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin sözlərinə görə, bu barədə idarəyə tərəfdaş qurumlar rəsmi məlumata verib. Məlumatda bildirilib ki, Rusiyanın "Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında" federal qanunvericiliyində dəyişiklik edilib. 

Yeni qayda həm yük, həm də sərnişin daşıyanlara aiddir. Bu ilin iyul ayından isə Rusiya ərazisni tərk etmək istəyən xarici daşıyıcıya məxsus nəqliyyat vasitələrinin ölkəni tərk etməsinə icazə verilməyəcək.

Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ödənilməmiş inzibati cərimələri haqqında Rusiyanın Dövlət Yol Müfəttişliyinin rəsmi internet səhifəsindən məlumat əldə etmək mümkündür.

Xəbər lenti