Xəzər Xəbər

Bakıda gənc oğlan faciəvi şəkildə öldü - Başı tanınmaz hala düşdü VİDEO

Veb TV | 20:10 • 16 Aprel 2021
Bakıda gənc oğlan faciəvi şəkildə öldü - Başı tanınmaz hala düşdü

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayon ərazisində ölümlə nəticələnən  dəhşətli hadisə baş verib. Qatar 23 yaşlı oğlanı vuraraq öldürüb.  Gənc oğlanın dəmir yolu xəttini keçərkən qulaqlıqla yüksək səslə musiqi dinlədiyi iddia olunur.

Bakıda gənc oğlanı qatar vurub. Dəhşətli hadisə səhər saatlarında Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən yaşanıb.

Bədbəxt hadisə nəticəsində 23 yaşlı İmişli rayon sakini Pərvin Ələsgərov aldığı ağır bədən xəsarətindən ölüb. Bakıda kirayə qaldığı deyilən gənc oğlanın dəmir yol xəttini keçərkən qulaqlıqla yüksək səslə musiqiyə qulaq asdığı iddia olunur. Buna görə də həmin şəxsin qatarın gəldiyini eşitmədiyi deyilir.

Ərazidə çəkiliş apararkən dəhşətli faciədən məlumatı olan sakinlərin yenə də özlərini təhlükəyə ataraq relslərin üzəri ilə hərəkət etdiyinin şahidi olduq. Təəssüf ki dəmir yol xəttini keçmək üçün yaxınlıqda piyada keçidi olsa da, ondan istifadə edən yox idi. Hətta bu vətəndaş kimi əlində telefon, boynunda uşaqla təhlükəni gözə almayanların olması acı mənzərə idi.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər lenti