Xəzər Xəbər

Düşmənin xeyli canlı qüvvəsini məhv edən peşəkar snayper Bakıxan Səlimli VİDEO

Veb TV | 19:52 • 16 Aprel 2021
Düşmənin xeyli canlı qüvvəsini məhv edən peşəkar snayper Bakıxan Səlimli

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı tanıtmağa davam edirik. Sıradakı qəhrəmanımız xüsusi təyinatlı qüvvələrin baş giziri, peşəkar snayper Bakıxan Səlimlidir. Baş gizirimiz döyüşlər zamanı düşmənin xeyli canlı qüvvəsini məhv edib. O, ötən ilin oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb. Bakıxan Səlimli ölümündən sonra bir neçə medalla təltif edilib.

O, da vətənin azadlığı uğrunda canını fəda edən qəhrəmanlarımızdandır. 44 günlük vətən müharibəsində şəhadət ucalan Bakıxan Səlimli 1993-cü ildə Şəki rayonunun Əliyar kəndində anadan olub. 2012-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 4 ay müddətinə kurslara cəlb edilib. Daha sonra xüsusi təyinatlıların giziri kimi xidmətə başlayıb.

2020-ci ildə baş gizir rütbəsinə layiq görülən Bakıxan Səlimli vətən müharibəsinin ilk günlərindən Cəbrayıl, Qubadlı və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Snayper Bakıxan düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. O, oktyabrın 20-də Füzuli istiqamətində gedən döyüşlərdə snayperlə vurularaq şəhid olub. 

Vətən müharibəsində göstərdiyi şücaətlərə görə həm yaxınları, həm də döyüş yoldaşları onunla fəxr edirlər. 

Qəhrəman döyüşçü ölümündən sonra ''İgidliyə görə'', ''Vətən uğrunda'', ''Füzulinin azad olunmasına görə'' medalları ilə təltif olunb.

Xəbər lenti