Xəzər Xəbər

Polis ƏMƏLİYYAT KEÇİRDİ: 68 kiloqram narkotiklə həbs olundular VİDEO

Veb TV | 19:45 • 16 Aprel 2021
Polis ƏMƏLİYYAT KEÇİRDİ: 68 kiloqram narkotiklə həbs olundular

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıblar. Ayı-ayrı faktlar üzrə ümumilikdə 68 kiloqama yaxın müxtəlif növ narkotik maddələr aşkar edilərək dövriyyədən çıxarılıb

Onlayn yolla narkotik maddə satan şəxs ifşa edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Orxan Səfərovu saxlayıblar. Ondan 1 kiloqramdan artıq heroin, 103 qram psixotrop maddə, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb. 

Onun paytaxtdakı evindən 29 kiloqram heroin, 5 kiloqram psixotrop maddə,  453 ədəd həb, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edilərək götürülüb. Saxlanan şəxs izahatında narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini və onunla yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını bildirib.

Sumqayıt şəhərində keçirilmiş əməliyyatı zamanı narkotik maddələrin satışında şübhəli bilinən Tural Məmmədov da saxlanıb. Mənzilinə baxış zamanı ordan 5 kiloqram heroin, 3 kiloqram marixuana, 10 kiloqram psixotrop maddə, 6 min ədəd satışı qadağan olunan həb və elektron tərəzi aşkar edilib. 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat zamanı isə Abşeron rayonunda yaşayan Afiq əliyev saxlanıb. Bu zaman onun üzərindən 9 kiloqrama yaxın tiryək, 510 qram heroin və 1 kiloqram marixuana aşkar olunub. Afiq Əliyev xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə paytaxt, eləcə də ayrı-ayrı rayonların ərazisində əvvəlcədən müəyyən edilən ünvanlara yerləşdirməli imiş. 

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə vətəndaş Musəvi Musayev də narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanıb. Onun üzərindən 4 qram heroin, təmir işləri ilə məşğul olduğu Sabunçu rayonundakı obyektdə isə 1 kiloqram 371 qram heroin, 1 kiloqram 220 qram marixuana, 22 qram psixotrop maddə, 2 ədəd elektron tərəzi aşkar edilib

Bununla da keçirilən bu əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik, ümumi çəkisi 68 kiloqrama yaxın narkotik vasitə və 16 min 458 ədəd psixotrop tərkibli həblərin realizə olunmasının qarşısı alınıb. 

 

Xəbər lenti