Xəzər Xəbər

Bakıda dəhşətli cinayət - Atanı döyüb, oğlunu bıçaqla qətlə yetirdilər VİDEO

Veb TV | 19:37 • 16 Aprel 2021
Bakıda dəhşətli cinayət - Atanı döyüb, oğlunu bıçaqla qətlə yetirdilər

Bir neçə gün əvvəl Bakıda ağır cinayət olub. Yük avtomobillərinin qarajında iki nəfər arasında mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Hadisə zamanı bir nəfər ölüb, mərhumun atası isə bədənindən və üzündən ağır xəsarətlər alıb. 

Yük avtomobillərinin təmiri və saxlanması üçün nəzərdə tutulan qarajda baş vermiş mübahisə ağır cinayətlə yekunlaşıb.

Hadisə bir neçə gün əvvəl Bakıda Binəqədi rayonu Asəf Zeynallı küçəsində baş verib. İltifaq Allahverdiyev yük avtomobilini sözügedən qarajdan çıxararkən 27 yaşlı oğlu Cavad Allahverdiyevə maşının digər avtomobillərə dəyməməsi üçün arxaya baxmasını bildirib. Ata iddia edir ki, tanımadığı şəxs onun oğluna ''mənim çantama niyə baxırsan'' deyib və daha sonra onun ünvanına nalayiq ifadələr işlədib. 

İltifaq Allahverdiyev iddia edir ki, onun oğlu ilə dava edən Məhəbbət adlı şəxs qarajdan çıxdıqdan sonra üç dostu ilə birlikdə küçədə onları gözləyib. 

Kadrlardan aydın olur ki, oğlunu və onunla mübahisə edən şəxsi İltifaq Allahverdiyev və ətrafda olanlar sakitləşdirməyə çalışırlar.

Ata oğlunu xəstəxanaya apararkən, yaralı çox qan itirdiyindən yolda dünyasını dəyişib. İltifaq Allahverdiyev deyir ki, bu hadisəyə görə, polis üç nəfəri saxlayıb, bir nəfərin isə axtarışları davam edir. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

 

 

 

Xəbər lenti