Xəzər Xəbər

Prezident İlham Əliyev yeni diplomatiya standartları nümayiş etdirir VİDEO

Veb TV | 21:04 • 15 Aprel 2021
Prezident İlham Əliyev yeni diplomatiya standartları nümayiş etdirir

Prezident İlham Əliyev ölkənin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. Politoloqlar bildirirlər ki, dövlət başçısı istər beynəlxalq tədbirdəki müzakirələrdə, istərsə də beynəlxalq media nümayəndələrinin bütün suallarına peşəkar formada cavab verir. Bu da Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında önəmli rol oynayır. Azərbaycanı istəməyən xarici qüvvələrin planlarını da alt-üst edir.

Prezident İlham Əliyev beynəlxalq konfranslarda yeni diplomatiya standartları nümayiş etdirir.

Politoloq Fikrət Sadıxov deyir ki, Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışı da bunun bir nümunəsidir. Dövlət bşaçısı istər həmin tədbirdəki müzakirələrdə, istərsə də beynəlxalq media nümayəndələrinin bütün suallarına peşəkar formada cavab verdi. Bununla da  Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

Fikrət Sadıxov bildirir ki, "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri iştirak edirdi. Onlar beynəlxalq ictimaiyyətdə kifayət qədər nüfuzlu şəxslərdir. Bu da Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında önəmli rol oynayır.

Dövlət başçısının bu cür konfranslardakı çıxışları, bütün məsələlərə obyektiv və operativ münasibət bildirməsi erməni lobisinin və Azərbaycanı istəməyən xarici qüvvələrin planlarını alt-üst edir.

Xəbər lenti